Qarabağa görə saçını kəsdirməyən Tağı: "Qohumlarım mənə salam vermirlər" - FOTO
"Çoxları məni anlamır, başa düşmürlər. Hətta qohumlarım arasında belə, mənə salam verməyən, mənimlə görüşməyənlər var. Lakin heç nə məni fikrimdən döndərə bilməz".
Tovuz sakini, 55 yaşlı Tağı Hümbətovu Azərbaycanın unikal sakinlərindən biri saymaq olar.
BAKU.WS sputnik.az-a istinadən bildirir ki, Tağı onillərdir ki, saçını kəsdirmir.
Səbəbi isə Dağlıq Qarabağ münaqişəsidir.
"Dağlıq Qarabağ və erməni işğalında olan digər ərazilərimiz azad edilməyincə saçıma qayçı dəyən deyil. Bu, vətənimin ərazisinin bir hissəsinin erməni işğalında olmasına etirazımın formasıdır", - uzun saçlı Tağı Hümbətov deyir.
4 övladı və 5 nəvəsi olan Tağını Tovuzda ədalətli, vicdanlı, haqsızlığa dözməyən insan kimi tanıyırlar. Lakin saçının həddən ziyadə uzun olması ona ciddi problemlər yaradıb. Qohumları arasında çox adam T.Hümbətova əl verib görüşmək belə, istəmir. İşlə bağlı problemlər də var.
Di gəl, Tağtı Hümbətov inadkardır.
Qarabağ savaşıi illərində ordumuza yardım etdiyini, avtomobili ilə yaralıları və əsgərləri daşıdığını deyən T.Hümbətov 2-ci qrup əlil olduğundan savaşa qatıla bilmədiyini söyləyir.
İndi o, əlillik müavinəti kimi 120 manat alır.
Taleyindən gileylənmir.
"Ehtiyacı olanlara yardım edirəm. Yaşam prinsipim ədalət və vicdandır. Çox həssas insanam", - deyən Tağı Hümbətov şeir də yazır.
Şeirlərini sadəcə, əzbər bilir. Çünki onun hələ bir şeiri də haradasa dərc olunmayıb.
BAKU.WS
Oxşar xəbərlər
Akif Çovdarov etiraf edir: Tağı Əhmədovla bağlı yeni DETALLAR
Ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və nəqliyyat sahələrində təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi, general-mayor Akif...