QALMAQAL! Roza Nuraya: Bəsdir, belə də tərbiyəsizlik olmaz! - VİDEO
10
iyl
2018
12:11
Müğənnilər Roza Zərgərli ilə Nura Suri arasında qalmaqal yaşanıb. BAKU.WS-in məlumatına görə, Nuranın aşağıdakı açıqlaması qarşı tərəfi özündən çıxarıb:"Çıxdım dedim ki, kitab yazacam, bir də baxdım ki, hansısa müğənni kitab yazıb. Açıqlama verdim ki, övladlığa uşaq götürəcəm, bir də baxıram ki, qaçıb hamı uşaq götürüb. Ə nolub e, bəsdürün də". Roza Zərgərli onun bu fikirlərinə olduqca çox sərt cavab verib: "Nura xanım deyəsən çox sinəsinə çox döyür. Mən birinci qızımı övladlığa götürəndə, Nura heç evlənməmişdi, heç birinci uşağı doğulmamışdı. Deyəsən məlumatı azdır. Nura xanıma baxıb övladlıq götürürəmsə, onda gərəm mən özümü asam. Nura xanımın gərək mənim ürəyimin 30 faizi qədər ürəyi, "duxu" olsun mənim etdiklərimi etməyə. Danışığına, fikirlərinə sərhəd qoysun. Böyük oğlunun 20-21 yaşı var, övladlığa uşaq götürürdüsə, bu müddətdə mən tutmuşdum onun əlindən"? Danışdıqca içindən vulkanlar püskürən Zərgərli Nuranın ondan çox şeylər götürdüyünü deyib: "Çünki Rozanın keçmiş işçisi Nuranın cəsusu idi. Ona görə də, sakitcə otursun yerində. Hər kəs öz yerini bilsin, ağıllı olsun! Mənim üç övladım yoxdur. Mənim bir doğma övladım var, bioloji anası olmadığım üç övladım var. Bundan bir ibrət götür, qızım. Bəsdir, belə də tərbiyəsizlik etmək olmaz!"Zülfiyyə QurbanovaBAKU.WS
Oxşar xəbərlər
Dörd uşaq anası Roza Zərgərli daha iki uşağı övladlığa götürür - VİDEO,FOTO
Dörd uşaq anası olan müğənni Roza Zərgərlinin ailəsində artım gözlənilir. BAKU.WS-in məlumatına görə, müğənni övladlığa uşaq götürməyi planlaşdırıb. Zərgərli b...