"Maşın şou"nun qalibinin məlum olması xəbərinə AÇIQLAMA

Maşın şounun qalibinin məlum olması xəbərinə AÇIQLAMA
Sosial 11891
“Maşın”nın qalibinin kim olmasına aydınlıq gəlib. Lent.az-ın məlumatına görə, maşını müğənni Roza Zərgərli qazanıb. Hüseyn Əzizoğlu isə finalda müğənni ilə sona qədər mübarizə apara bilməyib. Bu barədə sosial şəbəkədə də məlumatlar paylaşılır, müğənnini təbrik edənlər də var.Məlumatla əlaqədar R.Zərgərli ilə əlaqə saxladıq. Dəstəyi köməkçisi Ramin götürdü. O, bu məlumatdan xəbərinin olmadığını dedi: “Səhərdən hamı bizi yığır. Amma Roza xanıma ən yaxın adam bizik, biz bu barədə xəbərsizik”.Qeyd edək ki, 18 məşhurun yarışdığı “Maşın”da finala reper Uran, blogger Hüseyn Əzizoğlu və müğənni Roza Zərgərli qalmışdı.BAKU.WS

Oxşar xəbərlər

Son xəbərlər