Roza Zərgərli: Məni əxlaqı olmayan insan kimi qələmə verdilər - VİDEO

Roza Zərgərli: Məni əxlaqı olmayan insan kimi qələmə verdilər - VİDEO
Video
Şou-biznes 5534
"Uşaqlarım mənim həssas nöqtəmdir. Oğullarımı övladlığa götürməyimi heç vaxt demirdim. Elə bir məqama gəlib çıxdım ki, bezdim. İnsanın boğazına bıçaq dirənən an var. O an bizdə gəlib çatdı". BAKU.WS -in məlumatına görə, bunu müğənni Roza Zərgərli ARB TV-nin "Səhər-səhər" proqramına qonaq olarkən deyib. Müğənni övladlığa götürdüyü uşaqlara görə ictimai qınaq hədəfinə çevrildiyini deyib. "Bu barədə heç danışmadım. Amma uşaqların adının əcnəbi ad olmasına görə, çox söz-sphbətlər oldu. Gah dedilər Roza Zərgərli evli olmayıb. Roza Zərgərli 5 dəfə ailə qurub. Roza Zərgərlinin əri əcnəbidir. Buna sübut övladlarının adıdır və sair. Bu söhbətlərə görə, stres keçirdim. Bərk xəstələndim və 10 gün yatdım. Məni əxlaqı olmayan, pis insan kimi qələmə verdilər... Sonra uşaqlarım dedilər ki, aç danış, bu bizə ziyan gətirməyəcək. Açdım danışdım... Oldum ağ qanadlı mələk". BAKU.WS

Son xəbərlər