"Planet Parni iz Baku" KVN komandasının möhtəşəm çempionluğundan 25 il ötür (FOTO)

Planet Parni iz Baku KVN komandasının möhtəşəm çempionluğundan 25 il ötür (FOTO)
Şou-biznes 5568
“Planet Parni iz Baku” KVN komandası 25 il əvvəlki əfsanəvi qələbəsini qeyd edib. BAKU.WS-in məlumatına görə, 25 il əvvəl KVN komandası ilk dəfə olaraq Odessa şəhərində çempion olub. "Parni iz Baku" KVN komandasının keçmiş üzvü, Azərbaycanın əməkdar artisti Cabir İmanov Instagram hesabında paylaşım edərək bunları yazıb: "25 il bundan qabaq, 24.12.1992-ci il tarixində "Parni iz Baku" KVN komandası ilk dəfə olaraq çempion oldu. Yaşasın Azərbaycan!!!" Qeyd edək ki, “Planet Parni iz Baku” KVN Teatrı 1988-2001-ci illərdə mövcud olub. KVN komandamız 1992, 1993, 1995-ci illərdə “Şən və Hazırcavablar Klubları” arasında MDB çempionu, 2000-ci ildə XX əsr çempionu olub. Komandanın kapitanı Anar Məmmədxanov idi.Əfsanəvi “Planet Parni iz Baku” KVN komandasının əsas həyəti: Anar Məmmədxanlı (kapitan)Bəhram BağırzadəTimur VaynşteynSamir AbdullayevƏnvər MansurovAzər MəmmədzadəElçin ƏzizovMurad DadaşovTahir İmanovCabir İmanovVado KorovinEmil AbbasovCasim FarisElnur MəmmədovYana Nikitinaİlqar NəbiyevMehdi MirsalamovZaur TağıyevDimitri YanqurazovTamerlan ƏliyevEldar HüseynovLeonid RabinoviçVadim EpşteynCeyhun NəzərliAlışan KadırovPərviz MəmmədovTuncayBAKU.WS

Son xəbərlər