Cabir İmanov Anar Məmmədxanovun prezidentlə fotosunu paylaşdı

Cabir İmanov Anar Məmmədxanovun prezidentlə fotosunu paylaşdı
Şou-biznes 6136
 

"Parni iz Baku" KVN komandasının keçmiş üzvü, Azərbaycanın əməkdar artisti Cabir İmanov prezident İlham Əliyev, Tahir İmanov və Anar Məmmədxanovun birgə şəklini sosial şəbəkədə paylaşıb. 

BAKU.WS-in məlumatına görə, C.İmanov baş sağlığı verib. O, "Ad günün mübarək , Anar!” yazaraq İnstaqram-da paylaşdığı fotonu şərh edib.  

Qeyd edək ki, yaşasaydı bu gün Anar Məmmədxanovun 47 yaşı tamam olacaqdı.

Anar Camali oğlu Məmmədxanov 20 iyul 1970-ci ildə Bakıda anadan olub. 1987-ci ildə Bakı şəhər 160 saylı məktəbi bitirib. Həmin il Azərbaycan Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsinə daxil olub və 1992-ci ildə oranı bitirib. 1992, 1993, 1995-ci illərdə Şən və Hazırcavablar Klubları arasında MDB çempionu, 2000-ci ildə XX əsr çempionu olub. Avrasiya Radio və Televiziya Akademiyasının üzvü olub. 1991-ci ildən Bakı Şən və Hazırcavablar Klubunun prezidenti, "Bakılı oğlanlar" komandasının kapitanı olub.

Bitərəf kimi birinci, ikinci və üçüncü çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olub.

23 Aprel 2011-ci ildə vəfat edib.

Evli idi, 3 övladı yadigar qalıb.

Allah Rəhmət Eləsin!

BAKU.WS

Son xəbərlər