Özcan Dəniz özündən 20 yaş kiçik arvadından boşanır – FOTO

Özcan Dəniz özündən 20 yaş kiçik arvadından boşanır – FOTO
Foto
Şou-biznes 1681
Türkiyənin sevilən və məşhur müğənnisi Özcan Dəniz özündən 20 yaş kiçik həyat yoldaşı Feyza Aktanla boşanır.
BAKU.WS “cnnturk.com”a istinadən xəbər verir ki, 44 yaşlı müğənni 2016-cı ildən gizli eşq yaşayan və 2018-ci ildə isə evlənən Feyza Aktanla bundan sonrakı həyatını ayırmaq qərarına gəlib.
Özcan Dəniz 15 ay yaşadığı bu evlilik həyatından öz istəyilə son qoymaq istəyir. O, bu həftə boşanmaq üçün məhkəməyə müraciət edib. Lakin müğənni arvadından niyə boşandığını açıqlamaq istəmir.
Özcan Dəniz sosial şəbəkələ oğlu ilə birlikdə olan fotosunu paylaşıb. Müğənni fotoya belə şərh verib:
“Sən yaşadığım ən şeyin üstündəsən. Hər şeydən dəyərlisən əziz oğlum. Özümüzdən asılı olmayan səbəblərə görə, bu gün ayrılsaq da, qarşıba bizi birlikdə olacaq günlər gözləyir.Doğulduğu gün sənə söz verdiyim kimi həmişə yanında olacağam”.Cavid Babayev

Oxşar xəbərlər

Necati Şaşmaz 7 illik həyat yoldaşından boşanır

Necati Şaşmaz 7 illik həyat yoldaşından boşanır

“Kurtlar Vadisi” serialındakı Polad Ələmdar rolu ilə məşhur olan Necati Şaşmaz ailə məsələsilə gündəmə gəlib.BAKU.WS Türkiyə mətbuatına istinadən xəbər verir ki...

2011 Şou-biznes 13:54 30 yanvar 2019

Son xəbərlər