Özbək müğənni daha bir azərbaycanlı həmkarının mahnısını ifa etdi
21
may
2025
13:20
Özbək müğənni Əlişir Nazirov daha bir Azərbaycan mahnısı ifa edib.
BAKU.WS xəbər verir ki, o bu dəfə müğənni İradə İbrahimovanın repertuarına müraciət edib.
Sənətçi konsertində İradə İbrahimovanın illər öncə oxuduğu "Bir bahardır" mahnısını özbək müğənni ilə duet şəklində səsləndirib.
Qeyd edək ki, mahnının musiqisi istedadlı müğənni və bəstəkar Elçin Cəfərova, sözləri isə Orxan Mürvətliyə məxsusdur.
Mahnı 2022-ci ildə işıq üzü görsə də, üç il sonra "TikTok" və "İnstagram"da trendə düşərək viral olub.
Oxşar xəbərlər
Xalq artistindən qızı ilə İspaniyada CANLI İFA
Xalq artisti Alim Qasımovla qızı, Əməkdar artist Fərqanə Qasımova İspaniyaya yollanıblar. BAKU.WS xəbər verir ki, məşhurlar Pamplona şəhərində muğam ifa ediblə...