Övladları məşhur aktyorla son dəfə belə vidalaşdı
Ötən gün vəfat edən aktyor Zihni Göktayın vida mərasimi keçirilir.
BAKU.WS xəbər verir ki, mərhum sənətkarın vida mərasimi Harbiye Muhsin Ertuğrul Səhnəsində keçirilir.
Vidada Zihni Göktayın ailə üzvləri və yaxınları iştirak edir. Mərhumun qızı Zeynep Göktay və oğlu Ömər Göktay da mərasimdə iştirak edənlər arasındadır.
Vida bitdikdən sonra Zihni Göktayın cənazəsi "Şakirin Məscidi"nə aparılacaq.
Aktyor günorta namazından sonra "Karacaahmet" qəbiristanlığında torpağa tapşırılacaq.
Qeyd edək ki, Zihni Göktay 80 yaşında dünyasını dəyişib.
İstanbulun Maltepe rayonundakı qocalar evində qalan sənətkarın iki gün əvvəl halı pisləşib.
Təcili olaraq Maltepe Universiteti Xəstəxanasına çatdırılan və reanimasiya şöbəsində müalicə altına alınan Göktay, həkimlərin bütün səylərinə baxmayaraq, həyata gözlərini yumub.
Vida mərasimindən görüntüləri təqdim edirik:
Oxşar xəbərlər
Bu məşhur aktyor "A.B.İ" ilə ekranlara qayıdır
Aktyor Kenan İmirzalıoğlunun yeni serialının heyətinə tanınmış aktyor qatılıb. BAKU.WS xəbər verir ki, baş rollarını Kenan İmirzalıoğlu, Diren Polatoğulları və...