Oktay Kaynarcadan sevənlərinə SÜRPRİZ: Həm prodüser, həm də ...
Məşhur aktyor Oktay Kaynarcanın yeni layihəsi bəlli olub.
BAKU.WS xəbər verir ki, o bu dəfə "Hamal" adlı ekran işində rol alacaq.
Sonuncu dəfə "Ben Bu Cihana Sığmazam" serialı ilə tamaşaçı qarşısına çıxan Kaynarca həm də layihənin prodüserliyini edəcək.
Ekran işinin senari müəllifləri Kerem Deren və Çisil Hazal Tenimdir.
"ATV" kanalı üçün çəkiləcək ekran işinin rejissoru Mustafa Şevki Doğan olacaq.
Hazırda layihənin aktyor seçimi mərhələsinə başlanılır.
Oktay Kaynarcanın sentyabrda nümayiş olunacaq "Hamal" serialı üçün yenə iddialı bir aktyor heyətini bir araya gətirəcəyi gözlənilir.
Oxşar xəbərlər
Xalq artistindən qızı ilə İspaniyada CANLI İFA
Xalq artisti Alim Qasımovla qızı, Əməkdar artist Fərqanə Qasımova İspaniyaya yollanıblar. BAKU.WS xəbər verir ki, məşhurlar Pamplona şəhərində muğam ifa ediblə...