Oksana oğlunu gizlətməsinin səbəbini açıqlayıb - FOTO

"Övladım 2 yaş yarımlığındadır. Danışa bilmir, insanlarla üsniyyət qurmur. Onu necə efirə çıxardım? 4-5 yaşına gəlsin, danışa bilsin onu göstərəcəm. Çox istəyirəm oğlumu göstərim, amma hələ tezdir. üzdən atasının eynisidir".
BAKU.WS “axşam.az”a istinadən xəbər verir ki, bu sözləri rəqqasə-aktrisa Oksana Rəsulova "10 qat şou" proqramında deyib. Sənətçi övladını göstərməməsinin səbəbini açıqlayıb.
Oksana bildirib ki, bundan sonra rəqqasə kimi görünməyəcək və fəaliyyətini aktrisa olaraq davam etdirəcək.
Pandemiyada işsiz qalan Oksana "Şabrana getdim, 12 sot sahədə ağacların dibini şumalmışam. Əllərim də yara olub. Pandemiyada tez-tez gedib-gəldim, ailəyə daha yaxın oldum" sözlərini əlavə edib.

Oxşar xəbərlər
Oksana övladını qeyri-rəsmi nikahdan dünyaya gətirib - VİDEO
Rəqqasə Oksana Rəsulova "ATV maqazin onlarla" verilişinin "Onlarla 3 dəqiqə" rubrikasının qonağı olub. BAKU.WS-in məlumatına görə, Oksana 3 dəqiqə ərzində aparı...