“O səs Türkiyə”də qalan Pərvaz və Mehman Azərbaycana müraciət etdi: "Bizi də düşünün..."
Yeniliklərdən dərhal xəbərdar olun
Türkiyənin "O Ses Türkiye" musiqi yarışmasında azərbaycanlı iştirakçiların sıxışdırılması xəbərinə hazırda yarışmanı davam etdirən Pərvaz İbrahimli və Mehman Tağıyev etiraz edib.
BAKU.WS xəbər verir ki, Pərvaz İbrahimli və Mehman Tağıyev "İnstagram" vasitəsi ilə azərbaycana müraciət ünvanlayıb. Onlar yayılan xəbərləri təkzib ediblər.
Onlar qeyd ediblər ki, yarışmada azərbaycanılara qarşı heç bir qərəz olmayıb.
"Xəbərləri oxuyuruq, yazırlar ki, azərbaycanlıları sıxışdırırlar, onları qəsdən bir qrupa salırlar. Yarışmadır, heç kim heç kimi sıxışdırmır. Onların əziyyətini itirmək lazım deyil. Azərbaycanlı dostlarımız ələndi, təssüf edirik. Sizdən xahiş edirik ki, rəy bildirərkən bizi də düşünün”.
Aynur Ələkbərova
BAKU.WS
Oxşar xəbərlər
Mehman kövrəldi: "Məni zorlaya da bilərsiniz..." (VİDEO)
Azərbaycanlı blogger Mehman Hüseynovun sərbəst buraxıldıqdan sonrakı görüntüləri yayılıb. BAKU.WS-in məlumatına görə, blogger polis bölməsinin qarşısında jurn...