Acundan “O Ses Türkiye”dən qovulan azərbaycanlılar haqda AÇIQLAMA
Azərbaycanlı iştirakçıların "O Səs Türkiyə”dən uzaqlaşdırılması mediyada səs-küyə səbəb oldu. Həmin iştirakçılar Zülfü Əsədov, Müşviq Əliyev, Nofəl Aslanov, İlham Nəzərov və Gülşən İbadovadır.
BAKU.WS xəbər verir ki, Acun Ilıcalının köməkçisi Nazlı Sütçü bütün bu məqamlara aydınlıq gətirib. ”Dünyanın bir çox ölkələrindən bizim layihəyə iştirakçılar qatılır. Xüsusən də, Azərbaycan bu məsələdə birinci yerdədir. Biz azərbaycanlılara daha həssas yanaşırıq, onları görəndə çox sevinirik. "Azərbaycan və Türkiyə birdir” deyə düşünürük. Kənarlaşdırılan iştirakçılara da orda açıqlama verildi ki, "daha yaxşı performans göstərərdin, səni seçərdik, digərini deyil”. Biz hər il Azərbaycandan nə qədər iştirakçı qəbul edirik. Biz onları öz məmləkətimizin vətəndaşlarından biri kimi qəbul edirik. Hazırda layihədə 4 ən yaxşı azərbaycanlı iştirakçı yarışır. Bu yarışmanın birincisi, çempionu olan azərbaycanlısı da var”. Nazlı Sütçü 5 iştirakçının eyni vaxtda kənarlaşdırılamasına bu cür aydınlıq gətirdi: "Layihədə sırf opera ifaçısı və ya sırf türkü oxuyan qruplar var. Bu dəfə Azərbaycandan qatılan iştirakçıların əksəriyyəti opera ifaçısı olduğundan seçim bu cür oldu. Burda başqa məna axtarmaq sadəcə, ayıbdır və biz buna çox təəssüf edir, çox üzülürük”.Nazlı Sütçü azərbaycanlı iştirakçıların hansısa yanlış addımları ola biləcəyi barədə iddialara da açıqlama verib: "Qətiyyən azərbaycanlı iştirakçıların heç birinin yanlış addımları, bir qüsurları, sayğısızlıqları olmayıb. Əxlaqları ilə bağlı da heç bir problem yaşanmayıb. Sadəcə, seçilmə ilə bağlı mərhələdə bu cür qərar verildi”.
Qeyd edək ki, iştirakçıların Musavat.com-a verdiyi açıqlamalardan belə məlum olur ki, əvvəlcə onları məlum olmayan səbəblərdən eyni qrupa salıblar, baxmayaraq ki, müxtəlif müğənnilərin qruplarında çalışıblar, daha sonra isə seçim keçirilib və 5 azərbaycanlıya layihədən kənarlaşdırıldıqları deyilib. Ən ilginc olanı isə hələ bir ay əvvəldən həmin iştirakçıların "O səs Türkiyə” yarışmasındakı ən çox reytinqli olan videolarının "Yutubdan”dan silinməsi olub.
BAKU.WS
Oxşar xəbərlər
Sibel Candan azərbaycanlı ifaçıya jest (VİDEO)
"O ses Türkiye” televiziya yarışmasında münsif üzvü olan Sibel Can dəfələrlə Azərbaycana olan sevgisini dilə gətirib. BAKU.WS xəbər verir ki, sənətçi verilişə...