Gənc oğlanın efirdə qızı döyməsi ilə bağlı rəsmi açıqlama - (VİDEO)

Gənc oğlanın efirdə qızı döyməsi ilə bağlı rəsmi açıqlama - (VİDEO)
Video
Hadisə 1368

 

"Region TV"-nin mətbuat xidmətinin rəhbəri İsmayıl Həsənov "Ferma" realiti şousunda yaşanan olay ilə bağlı açıqlama verib.

BAKU.WS Apa-ya istinadən məlumat verir ki, kanal rəsmisi bunları söyləyib:

"Efirimizdə yayımlanan bu veriliş hal-hazırda Azərbaycan teleməkanındakı yeganə realiti şoudur. Dünya praktikasına nəzər salsaq görərik ki, bir çox telekanalda yayımlanan realiti şoularda da belə hallar tez-tez yaşanır. Bu formatdakı verilişlərdə iştirakçıların düşdükləri vəziyyətlərdəki emosiyaları, iradə nümayişləri sınağa çəkilir. Bu layihənin əsas məqsədi şəhər həyatına öyrəşmiş insanları bir araya toplayaraq, onları əməyə, zəhmətə, kənd həyatının çətinliklərinə öyrəşdirmək və bu çətinliklərdən bilrlikdə çıxış yolunu axtarmağa sövq etməkdir".

İsmayıl Həsənov sözügedən kadrlarda döyülmə faktının olmadığını bildirib: 

"Media resurslarında yayımlanmış kadrlara gəldikdə isə qeyd etmək istəyirəm ki, verilişdə iştirakçılar öz zəhmətləri ilə müxtəlif tərəvəz məhsullarıni yetişdirmək üçün istixana  yaradıblar. Orada yetişdirilən məhsullara zərər dəyməsin deyə və təhlükəsizlik qaydalarına riayət etmək üçün çaydan vasitəsilə su qaynadılması qadağan olunmuşdur. Xanım iştirakçı isə bu qaydaları pozmuşdur. Bu da iştirakçılar tərəfindən seçilmiş idarəçinin və digər iştirakçıların iradına səbəb olmuş və iştirakçılar arasında mübahisə yaranmışdır. Kadrlarda da görünür ki, orada döyülmə faktı yoxdur. Bizi təəssüfləndirən məqam isə mübahisə tərəflərindən birinin xanım olmasıdır. Bu halı nəzərə alaraq, artıq, verilişin yaradıcı heyətinə tapşırıq verilmişdir ki, bu halların təkrarlanmaması üçün iştirakçılar arasında mütamadi olaraq aparılan maarifləndirmə işləri artırılsın".

BAKU.WS

Son xəbərlər