Nüşabə Ələsgərli: "Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar"
"Bizim ailəmizdə müğənni olmayıb. Anamın və böyük bacımın gözəl səsi olub, amma sənətlə məşğul olmayıblar. Düşünürəm ki, onların sənətlə məşğul olmaq üçün yetərincə istəkləri olmayıb. Çünki bu istəyin qarşısını almaq mümkün deyil. Mənim isə sevgim o qədər böyük idi ki, qarşımı kəsmək mümkün olmadı".
BAKU.WS xəbər verir ki, bu sözləri "Xəzər axşamı" verilişinin qonağı olan Əməkdar artist Nüşabə Ələsgərli deyib. Sənətçi qeyd edib ki, onun gənclik illərində müğənnilik sənətinə mənfi münasibət var idi:
"Bilirsiniz ki, bizim dövrümüzdə sənətə başladığımız vaxtlarda müğənniliyə pis baxırdılar. Açıq deyək, bunu gizlətməyək. Qızın müğənni olmasına yaxşı baxılmırdı. İndi isə valideynlər özləri övladlarının qolundan tutub bu sənətə gətirirlər. Bizim ailəmizdə həm oğlumun, həm də qızımın səsi var. Lakin bu sənətə yetərincə sevgiləri yox idi".
Ətraflı videoda:
Oxşar xəbərlər
Aktyorun həyat yoldaşı bugün ürəyindən əməliyyat olunacaq
Məşhur aktyor Ozan Akbabanın həyat yoldaşı Buket Akbaba bugün əməliyyat olunacaq. BAKU.WS xəbər verir ki, o ürəyindən əməliyyat keçirəcək. Aktyor rol aldığı "Uz...