"İnstaqram-da 70 min izləyicimdən 50 minini tanıyıram" - VİDEO
ARB TV-nin "Gəlin danışaq" verilişinin növbəti qonağı olan məşhur müğənni İzzət Bağırov maraqlı açıqlamalar verib.
BAKU.WS xəbər verir ki, sevilən ifaçı sosial şəbəkələrdəki aktivliyindən danışıb:
"İnstaqramı məcburiyyət qarşısında qalıb açmışam. Gördüm ki, mənim adımdan saxta səhifələr açılır. Dostlarım da dedi ki, konsertin olacaq, konsertdən 3-4 ay öncə aç və o haqda paylaşımlar et. Düşündüm ki, açaram konsertdən sonra bağlayaram. Sonra vəziyyət belə gətirdi və alışdım silmədim. İzləyici sayı da çoxaldı, mən də işlətməyə qərar verdim. Mənim səhifəmdə 70 min adam var, onun 50 minini tanıyıram. Artıq bilirəm ki, onlar kimdir. Çox ünsiyyətdə olmuşam deyə, bilirəm".
İzzət Bağırov övladlarının yolunu davam etdirməsini istəmədiyini açıqlayıb:
"Qətiyyən istəmirəm ki, onlar mənim yolumla getsin. Bəlkə də ola bilər. Amma çalışdığım qədər uzaq tutacam. Bununla mübarizə aparacam. Mən bu sənətlə tanınıb çörək qazanmışam. Amma istəmirəm ki, mənim keçdiyim çətin yollardan keçsinlər".
O, "Yar aman yar" mahnısını türk ulduzların oxumasına da toxunub:
"Həmin mahnımı Türkiyədə elə pop ulduz yoxdur ki, götürüb oxumasın. "Bəs mən indi neyləyim" mahnımı isə Nilufər götürüb oxudu, alboma daxil edib, hətta klip də çəkdirib. Türklər də bizim mahnıları oxuyur".
Aynur Ələkbərova
BAKU.WS
Oxşar xəbərlər
Azərbaycanlı müğənnidən gözlənilməz etiraf: “Maşın “podpres”i oğurlayıb satırdım” (VİDEO)
ARB TV-nin efirində yayımlanan "Gəlin danışaq" verilişinin qonağı olan müğənni Emil Bədəlov maraqlı açıqlamalar verib. Sevilən ifaçı uşaqlığından və atasız bö...