Səidə Sultan azərbaycanlı müğəninin evlilik təklifinə "yox" dedi
"ARB Ulduz”da yayımlanan "Şou-məkan” proqramının növbəti qonağı müğənni Niyam Salami maraqlı açıqlamalarla yadda qalıb.
BAKU.WS xəbər verir ki, ifaçı həmkarı və duet ortağı Səidə Sultana evlilik təklifi etdiyini söyləyib:
"Sözün açığını deyim ki, mən ona evlilik təklifi etmişdim. Ona da şərəf oldu. Dedi ki, "Niyam, mənim üçün də bu təklif şərəfdir. Sən mənim qaqaşımsan. Sənə görə ölümə belə gedərəm”. Gördüm rəng alıb rəng verdi. Ola bilər ki, indi ağlı başına gələr, 1-2 ildən sonra razılıq verər. Dostumdur, belə şeyə çox yaxşı baxıram. Zarafatla dedim ki, sonra sən peşman olsan, onda da mən razı olmayacam".
Aynur Ələkbərova
BAKU.WS
Oxşar xəbərlər
Evlilik proqramına qatılan azərbaycanlı qız eks nişanlısı tərəfindən döyüldü - VİDEO
Türkiyədə yayımlanan evlilik proqramında iştirak edən azərbaycanlı gəlin namizəd Naz Mila keçmiş nişanlısı Baha Selenbaşın hücumuna məruz qalıb. BAKU.WS xəbər...