Nikol Kidman və Keis Urban boşanır: 325 milyon dollarlıq ayrılıq
Yeniliklərdən dərhal xəbərdar olun
Hollivud ulduzları Nikol Kidman və Keis Urban 19 illik evliliklərini "fikir ayrılıqları" səbəbilə bitirməyə qərar verib. Cütlük indi 325 milyon dollar dəyərində olan ümumi sərvətlərinin bölünməsi ilə bağlı çətin hüquqi proseslə üz-üzədir.
BAKU.WS xəbər verir ki, sərvətin təxminən 250 milyon dolları Kidmana, 75 milyon dolları isə Urbana məxsusdur.
Boşanmanın ən çox müzakirə edilən məqamlarından biri isə "kokain maddəsi" adlanan ön evlilik müqaviləsidir. Bu maddəyə əsasən, əgər Urban evlilik dövründə alkoqol və narkotikdən uzaq qalsaydı, Kidman ona hər il 900 min dollar ödəyəcəkdi.
Cütlük 2006-cı ildə ailə qurub və iki qız övladları var. Uzun illərdir sabit münasibət təəssüratı yaratsalar da, peşə təzyiqləri və şəxsi fikir ayrılıqları onların ayrılığına səbəb olub.
Oxşar xəbərlər
Bahar Candan bu səbəbdən tədbirə buraxılmadı
Ötən gün "Netflix"in Türkiyədəki 10 illik yubileyi qeyd olunub. BAKU.WS xəbər verir ki, bu məqsədlə təmtəraqlı qala təşkil edilib. Bir çox məşhurun axın etdiyi...