Nigar Camaldan Vaqif Mustafazadəyə EHTİRAM
Müğənni Nigar Camal Azərbaycanın caz və musiqi dühası Vaqif Mustafazadənin "Bizi yollar səsləyir"ə özünəməxsus yanaşma ilə yeni nəfəs verib.
BAKU.WS xəbər verir ki, yeni versiya həm klassik ruhu qoruyur, həm də Nigar Camalın səsi və təqdimatı ilə müasir musiqi duyumuna toxunur.
"Vaqif Mustafazadənin melodiyası zamanlar arasında körpüdür və mən bu körpüdən sevgi ilə keçmək istədim," - deyə Nigar Camal bildirib.
Nigar mahnı üçün kamera qarşısına da keçib. O, ekran işində iki obrazda olub.
Qeyd edək ki, sözləri Fikrət Qocaya, musiqisi Vaqif Mustafazadəyə aid mahnı "Caspian Media Group" tərəfindən ekranlaşdırılıb.
Qalereya
Oxşar xəbərlər
Ajda Pekkan bu geyimdə yallı getdi
Türkiyəli müğənni Ajda Pekkan "Tuzlu Kahve" serialına qonaq olub. Sənətçi kovboy üslubunda geyimi ilə çəkiliş meydançasında diqqət çəkib. BAKU.WS xəbər verir ki...