"Neyləyim"i təqdim edən Çingiz: "Uzun müddətdir bir-birimizə həsrət qalmışıq"
19
iyn
2025
14:17
Müğənni Çingiz Mustafayev uzun müddətdən sonra pərəstişkarlarını sevindirib.
BAKU.WS xəbər verir ki, sənətçi "Neyləyim" adlı yeni mahnısına klip çəkdirərək musiqisevərlərin ixtiyarına verib.
Mahnının söz və musiqisi Çingizin özünə aiddir.
Klipin rejissorluğunu Fuad Tofiqoğlu edib. "Neyləyim"i STKHA (Emin Kərim) aranjıman edib.
Bu barədə ifaçı sosial şəbəkə hesabında bildirib.
O klipinin görüntülərini paylaşaraq "Bilirəm uzun müddətdir bir-birimizə həsrət qalmışıq. Çox fasilə vermək olmaz" -deyə qeyd edib.
Oxşar xəbərlər
TikTok-u ələ keçirən mahnı: "Yanındayam" gündəmi silkələdi
Xalq artisti Röya Ayxan dinləyicilərinə növbəti sürprizini təqdim edib. BAKU.WS xəbər verir ki, ifaçı ilk dəfə konsert səhnəsində səsləndirdiyi "Yanındayam" ma...