Nəsrin Cavadzadə evlilik təklifi almasından danışdı: "Elə bildim məni tərk edəcək"

Nəsrin Cavadzadə evlilik təklifi almasından danışdı: Elə bildim məni tərk edəcək
Video
Şou-biznes 113

Aktrisa Nəsrin Cavadzadə şəxsi həyatı ilə diqqət çəkib.

BAKU.WS xəbər verir ki, o qonaq olduğu verilişlərdən birində gizli evliliyi ilə bağlı bəzi detalları açıqlayıb.

O iş adamı olan həyat yoldaşı Kadir Taner Uçarın ona necə evlilik təklifi etməsindən danışıb.

Nəsrin bildirib ki, həyat yoldaşı onun üçün yaşadığı evin həyətində iti ilə sürpriz evlilik təklifi hazırlayıb.

"Mesaj yazdı ki, "Aşağı düş, səni bir yerə aparmalıyam". Dedim, "Kadir, bağışla, bilirsən axı mən o vaxtda yatıram". "Düşərsən, düşməzsən, düşərsən, düşməzsən...' Yaxşı, dedim, nə istəyirsən? Dedi ki, "Bunun belə olmasını heç istəməzdim". Dedim, yəqin məni tərk edəcək. Ondan sonra, "Pəncərədən aşağı baxa bilərsən?" dedi. Keçib baxdım. Aşağıda dayanıb. Yanında da bir nəfər var. Əlində nəhəng bir buket... Bu arada, mən hələ də vəziyyəti tam anlamadım. Mən o Şaxta baba naxışlı penjamamla, qucağımda itimlə aşağı düşdüm. Sonra birdən bir də gördüm ki, diz çökür. Əlindən bir qutu çıxarır. Tək bir cümləylə " Bizimlə evlənərsən?" dedi. İti də qucağında idi. Mən dedim ki, "Yox, amma üzüyü çox bəyəndim, taxacam".

Xatırladaq ki, Nəsrin bu il mayın 4-də Bodrumda gizli şəkildə ailə qurub. Aktrisanın həyat yoldaşı Kadir Taner Uçar 3 may 1989-cu ildə doğulub.

Əslən Rizedən olan Uçar Qara dəniz bölgəsinin soy-köklü ailələrindən birinə mənsubdur. O tekstil sahəsində iş adamıdır.

Nəsrin Cavadzadə evlilik təklifi almasından danışdı:

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər