Nəsrin Cavadzadə bu məşhur azərbaycanlı alimin nəvəsidir

Nəsrin Cavadzadə bu məşhur azərbaycanlı alimin nəvəsidir
Foto
Şou-biznes 35695

Aktrisa Nəsrin Cavadzadə ilə bağlı maraqlı fakt ortaya çıxıb.

BAKU.WS xəbər verir ki, o tanınmış uroloq, alim Mirməmməd Cavadzadənin nəvəsi olub.

Nəsrin Cavadzadə bu məşhur azərbaycanlı alimin nəvəsidir

Mirməmməd Cavadzadə Lənkəran rayonunda doğulub. O SSRİ məkanında ilk ən güclü uroloji məktəbin yaradıcısı olub. O, həm də Azərbaycanda uroloji məktəbin yaradıcısı idi.

Mirməmməd Cavadzadə 2008-ci il avqust ayında vəfat edib. O I Fəxri Xiyabanda dəfn olunub. Nəsrin 1982-ci il iyulun 30-da Bakıda doğulub. Aktrisanın əsl adı Nəzrin olub. O 11 yaşı olanda ailəsi ilə birlikdə Türkiyəyə köçüb. Hazırda Nəsrinin anası Fəridə Cavadzadə Türkiyədə həkim kimi fəaliyyət göstərir.

Aktrisa Mərmərə Universiteti Kino və Televiziya Fakültetinin məzunudur. Şahika Tekand Studio Oyunçularında 2 il aktyorluq təhsili alıb.

2007-ci ildə "Yersiz Yurdsuz" adlı serialında oynayıb. "Getmək: Mənim Marlon və Brandom" və "Dilbərin Səkkiz Günü" adlı filmlərində çəkilib.

Daha sonra "Kiçik Ağa" adlı serialında rol alıb.

2014-cü ildə çəkildiyi "Quzu" adlı filmdə canlandırdığı Mədinə obrazı ilə 51-ci Antalya Qızıl Portağal Film Festivalının "Ən yaxşı qadın aktrisa" mükafatına layiq görülüb.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Fatimə Fətəliyeva: "Hər şey öz vaxtında bir nemət imiş"

Fatimə Fətəliyeva: "Hər şey öz vaxtında bir nemət imiş"

Rəqqasə Fatimə Fətəliyeva sosial şəbəkə hesabında diqqətçəkən paylaşım edib. BAKU.WS xəbər verir ki, o, həyatın dəyəri və insanın sahib olduqlarını zamanında qi...

220 Şou-biznes 23:30 06 may 2026

Son xəbərlər