Nərmin Kərimbəyovanın sevənlərinə "Yeni il gəldi" sürprizi
Yeniliklərdən dərhal xəbərdar olun
Müğənni Nərmin Kərimbəyovadan yeni xəbər var.
BAKU.WS xəbər verir ki, sənətçi yeni il ərəfəsində təzə layihəsini təqdim edib.
İfaçı sevənlərini uşaqlıq illərinə apararaq, onlara sürpriz edib. Belə ki o, dillər əzbəri olan "Yeni il gəldi" nəğməsinə fərqli nəfəs verib.
Layihə müğənninin rəsmi "youtube" kanalına yerləşdirilib. Kərimbəyovanın duet ortağı bəstəkar - müğənni Səfər Zamandır.
Sevənlərinə nostalji yaşatmaq istəyən Nərmin, köhnə nəğmənin məhz bu tərzdə onun ifasında da seviləcəyindən əmindir. Qeyd edək ki, sevilən mahnının sözləri Hikmət Ziya, musiqisi isə Musa Mirzəyevə aiddir.
Yeni üslubda hazırlanması isə Rasim Əsgərov və Dahinə həvalə olunub.
Oxşar xəbərlər
Bahar Candan bu səbəbdən tədbirə buraxılmadı
Ötən gün "Netflix"in Türkiyədəki 10 illik yubileyi qeyd olunub. BAKU.WS xəbər verir ki, bu məqsədlə təmtəraqlı qala təşkil edilib. Bir çox məşhurun axın etdiyi...