Nərmin Kərimbəyova "Zəfər Bayramı"ndan oxudu
Müğənni Nərmin Kərimbəyova 8 noyabr-şanlı qələbəmizin 5 illiyi münasibətilə yeni işini təqdim edib.
BAKU.WS xəbər verir ki, daim vətənpərvər nəğmələri ilə seçilən sənətçi bu dəfəki missiyasını da sevərək yerinə yetirib.
"Zəfər Bayramı" adlanan bəstənin sözləri Hüseyn Musayev, musiqi və aranjimanı isə Rasim Əsgərova aiddir.
Nərmin, "Zəfər Günü" nə həsr etdiyi layihəsinin də kifayət qədər uğurlu olacağından əmindir. "Atəş" mahnısından sonra şanlı qələbəmizin 5 illiyinə yeni mahnı təqdim etməyi özümə borc bildim. Bu dəfə "Zəfər Nəğməsi" oxuyuram. Qələbəmizin 5 illiyi mübarək!"
Qeyd edək ki, mahnı artıq bütün musiqi platformalarında yayımdadır.
Oxşar xəbərlər
Bryus Uillisin səhhəti pisləşir: ailəsi aktyorun vəziyyəti barədə danışdı
"Ölməz" polis obrazı ilə tanınan amerikalı aktyor Bryus Uillisin səhhəti ilə bağlı yeni məlumatlar açıqlanıb. Aktyora 2023-cü ildə frontotemporal demensiya diaq...