"Nə qədər ki, sağam, mahnılarıma qulaq asın"
Bir neçə gün sonra konsert verməyə hazırlaşan Əməkdar artist Mətanət İsgəndərli tədbirdən qazanc gözləmədiyini bildirib.
BAKU.WS "axşam.az"a istinadən xəbər verir ki, bu barədə sənətçi "Qonaqcanlı" verilişində danışıb:
"Bütün müğənnilər bunu bilir ki, konsertdən qazanc olmur. Biletləri də ucuz qoymuşam ki, hamı konsertimə gələ bilsin. Mən 35 ildir oxuyuram, adam bilmir sabah nə olacaq. 700-dən çox mahnım var. İstəyirəm ki, mənəvi zövq alım, ruhum bayram etsin. Bu konserti özüm üçün etmək istəyirəm. Nə qədər ki, sağam, gəlin mahnılarıma qulaq asın, məni də mənəvi yaşadın".
Qeyd edək ki, sənətçinin konserti iyunun 1-də Yaşıl Teatrda baş tutacaq.
Oxşar xəbərlər
Röya Aygün Kazımovanın repertuarından "Uzaqlıq"ı seçdi
Pop kraliça, Xalq artisti Röya Ayxan diva, Xalq artisti Aygün Kazımovanın repertuarından sevilən "Uzaqlıq" mahnısını fərqli ifa tərzi ilə təqdim edib. BAKU.WS x...