Nazpəri Dostəliyeva oğlunun son istəyindən DANIŞDI - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Nazpəri Dostəliyeva vəfat edən oğlunun son istəyindən danışıb.
BAKU.WS xəbər verir ki, ARB TV-nin "Həmin Zaur" verilişinin növbəti qonağı olan Xalq artisti Nazpəri Dostəliyeva oğlundan danışaraq kövrəlib:
“Məni darıxmağa qoymayan insanların təkidi ilə yenidən səhnəyə qayıtdım. İnanıram ki, güclü olacam. Bir müddət məni bağışlayın, günahımdan keçin. Nə qədər şən olmaq istəsəm də, içimdəki yara mənə yol vermir. Yəqin ki, məni başa düşərsiniz. Əlinin özünə də dedim ki, qayıdacağam səhnəyə. Əli də son nəfəsində mənə “ana, haqqını halal et və səni sevənlərinin gözünü yolda qoyma, əyilmə, sınma” dedi”.
Xatırladaq ki, Xalq artisti Nazpəri Dostəliyevanın 41 yaşlı oğlu Əli Quliyev 2021-ci ildə ürək çatışmazlığından vəfat edib.
Daha ətraflı süjetdə:
Oxşar xəbərlər
İlham Əliyev Rusiyanın aparıcı KİV rəhbərləri ilə görüşüb - YENİLƏNİB - VİDEO
Xəbər verildiyi kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasına rəsmi səfəri çərçivəsində fevralın 23-də TASS agentliyində bu ölk...