Nazirlikdən vətəndaşlara hava xəbərdarlığı

Nazirlikdən vətəndaşlara hava xəbərdarlığı
Şou-biznes 1238

 

Bakı və Abşeron yarımadasında noyabrın 7-də  hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Səhər və axşam yarımadanın bəzi yerlərində çiskinli yağış yağacağı ehtimalı var.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən BAKU.WS-ə verilən xəbərə görə, şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 7-10, gündüz 11-14 dərəcə isti olacaq.

Azərbaycanın bəzi rayonlarında noyabrın 7-də yağış yağacağı gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 4-9, gündüz 10-15, dağlarda gecə 0-5, gündüz 7-12 dərəcə isti olacaq.

Noyabrın 7-9-da Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün əsasən əlverişli olsa da, rütubətli hava şəraitinin üstünlüyü bəzi insanlarda narahatlıq yarada bilər.

 

BAKU.WS

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Sabah Bakıda 21 dərəcə isti olacaq

Sabah Bakıda 21 dərəcə isti olacaq

Sabah Bakıda və Abşeron yarımadasında hava yağmursuz olacaq. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən BAKU.WS-ə ve...

997 Şou-biznes 13:15 05 noyabr 2015

Son xəbərlər