Nazirlikdən hava xəbərdarlığı: meteohəssas insanlar diqqət!

Nazirlikdən hava xəbərdarlığı: meteohəssas insanlar diqqət!
Şou-biznes 599

 

Yaxın 3 gün ərzində Abşeron yarımadasında dəyişkən hava şəraiti bəzi meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən BAKU.WS-ə verilən məlumata görə, oktyabrın 24-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə zəif duman, çiskin olacaq. Mülayim cənub küləyi əsəcək.

Havanın temperaturu Bakı və Abşeron yarımadasında gecə 11-14, gündüz 16-20 dərəcə isti olacaq.

Oktyabrın 24-də Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq. Gecə və səhər bəzi yerlərdə duman olacağı, bəzi şərq rayonlarında yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 9-14, gündüz 17-22, dağlarda gecə 2-7, gündüz 12-17 dərəcə isti olacaq.

BAKU.WS

Oxşar xəbərlər

Nazirlikdən bu günə hava xəbərdarlığı

Nazirlikdən bu günə hava xəbərdarlığı

Bu günə gözlənilən hava şəraiti açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən BAKU.WS-ə verilən məlumata görə...

938 Şou-biznes 09:04 21 oktyabr 2015

Son xəbərlər