Nazirin yeni xanım müşaviri
13
iyn
2018
14:58
Kənd Təsərrüfatı Nazirliyində (KTN) yeni təyinat olub. Nazir İnam Kərimov Şəbnəm Məmmədovanı özünə innovasiya üzrə müşavir təyin edib.BAKU.WS “report”a istinadən xəbər verir ki, Ş.Məmmədova ADA Universitetinin “Biznesin idarə edilməsi” fakultəsini bitirib, daha sonra Hollandiyadakı Maastrixt Menecment Məktəbində beynəlxalq biznes üzrə təhsil alıb, eləcə də Sinqapurda, İsraildə və ABŞ-da innovasiyalar üzrə təhsilini davam etdirib.O, 8 ilə yaxın Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyində müxtəlif vəzifələrdə çalışıb, Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyində innovasiyalar sektorunun müdiri olub.Ş.Məmmədova informasiya və kommunikasiya texnologiyaları (İKT), innovasiyalar üzrə qadınların maarifləndirilməsinə və savadlılığının artırılmasına xidmət edən “İKT-də Qadınlar Klubu”nun həmtəsisçisidir.KTN-nin mətbuat xidmətinin rəhbəri Anar Hüseynov xəbəri təsdiqləyib.BAKU.WS
Oxşar xəbərlər
Yeni nazir yeni şöbə yaratdı: Araz İsmayılova vəzifə verildi
Kənd Təsərrüfatı Nazirliyində aparılan struktur dəyişikliyi nəticəsində fermerlərlə daha da yaxın təmasın qurulması, onların problemlərini və çağırışlarını qarş...