Nazarbayevin qızı Azərbaycanda film çəkib (VİDEO)

Nazarbayevin qızı Azərbaycanda film çəkib (VİDEO)
Video
Şou-biznes 1289

 

Qazaxıstanın Almatı vilayətində "Anaya aparan yol" bədii filminin çəkilişləri başa çatıb.

BAKU.WS "Report"a istinadən məlumat verir ki, film aclıq, II Dünya müharibəsi və həbs düşərgəsi həyatı yaşayan qazaxın taleyindən bəhs edir. Filmin baş prodüseri Qazaxıstan prezidenti Nursultan Nazarbayevin qızı Aliyə Nazarbayeva, rejissoru isə Akan Satayevdir. 

Ekran əsərinin çəkilişlərinə 2015-ci il fevral ayının ortalarında başlanıb. Əsas döyüş səhnələri Belarusda çəkilib. 

Filmin çəkiliş qrupu Azərbaycan və Türkiyədə də olub.

"Dneprin alınması" döyüş səhnələrinə 500-dən çox insan, 300 ədəd döyüş silahı, peşəkar kaskadyorlar və pirotexnika cəlb olunub. 

Filmin çəkilişləri ilə məşğul olan insanların ümumi sayı 2 min nəfərdən çox olub. 

BAKU.WS

Oxşar xəbərlər

Qızların sevimlisi olan türk məşhurlar Bakıya gəlir (FOTO)

Qızların sevimlisi olan türk məşhurlar Bakıya gəlir (FOTO)

Tanınmış türki müğənnisi Murad Boz və aktyor Burak Özcivit Bakıya gələcək. BAKU.WS məlumat verir ki, ötən gün Türkiyədə qalası baş tutan "Kardeşim Benim" filmi...

1893 Şou-biznes 17:29 15 yanvar 2016

Son xəbərlər