Namiq Qaraçuxurlu canlı yayımda aparıcı Zaurun bu hərəkətinə əsəbiləşdi (VİDEO)

Namiq Qaraçuxurlu canlı yayımda aparıcı Zaurun bu hərəkətinə əsəbiləşdi (VİDEO)
Video
Şou-biznes 17889
Meyxanaçı Namiq Qaraçuxurlu aparıcı Zaur Kamalın verilişində efirə verilən ailəsi ilə bağlı reportaja görə əsəbiləşib. BAKU.WS-in məlumatına görə, Xəzər TV-də yayımlanan “5-də 5” verilişinin “Qonşular” rubrikasında jurnalist meyxanaçının məhəlləsinə gedib qonşuları və valideynlərindən müsahibə götürüb. Jurnalist Namiq Qaraçuxurlunun valideynlərinə meyxanaçının nə qədər pul göndərdiyi barədə suallar verib. Bu suallar isə Namiq Qaraçuxurlunun xoşuna gəlməyib. Meyxanaçı deyib ki, onun valideynləri efir adamı deyil. Həmin kadrları təqdim edirik. BAKU.WS

Son xəbərlər