Nadir Qafarzadəyə efir qadağası - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Müğənni Nadir Qafarzadə yeni paylaşımı ilə diqqət çəkib.
BAKU.WS xəbər verir ki, sənətçi konsertlərdən birində mahnı ifa edərkən çəkilən görüntülərini yayımlayıb.
Görüntüləri kulisdən lentə alınan Qafarzadə “Mədəniyyət TV”nin onun ifa etdiyi hissəni kəsib çıxardığını iddia edib:
"Heydər Əliyev adına sarayda qazi və şəhid ailələri üçün təşkil olunmuş konsertdən bir hissədir. Mədəniyyət kanalının rəhbərliyi oxuduğum mahnını kəsib, montaj edib. Beləliklə, efirdə mən görünmürəm".
Xatırladaq ki, bir neçə gün əvvəl “Mədəniyyət TV”yə Əməkdar incəsənət xadimi, məşhur rejissor Ülviyyə Könül rəhbər təyin edilib.
Oxşar xəbərlər
Cavan Zeynallı: “O dueti Flora xanım başqa adamla oxumalı idi” - FOTO
Xalq artisti Cavan Zeynallı "APA"ya müsahibə verib. Karyerasından və şəxsi həyatından danışan sənətçi maraqlı açıqlamaları ilə diqqət çəkib. BAKU.WS həmin müsah...