Murad Arif 7 yaşlı məktəblinin zorlanma xəbərindən sarsıntı keçirdi: Çıxasan ən ucqar bir nöqtəyə...
26
apr
2018
16:47
1-ci sinif şagirdinin məktəbdə cinsi zorakılığa məruz qalmasıyla bağlı xəbərlər müğənni və aparıcı Murad Arifi dəhşətə gətirib.BAKU.WS-in məlumatına görə, iki uşaq atası olan musiqiçi Azərbaycanda yaşanan bu hadisənin şoku ilə sosial şəbəkədə belə reaksiya nümayiş etdirib:“Mən şokdayam! Təcili araşdlrıllsın! Bakıda, 263 nömrəli məktəbdə, iki nəfər 10-cu sinif şagirdi 1-ci sinifdə oxuyan oğlan şagirdini ayaq yolunda şalvarını çıxararaq zorlayıb. Məktəb direktoru Nürqələm Bayramovanın zorlanan azyaşlının valideynlərinə, susmaq üçün 2000 manat təklif etməsi də deyilir.Əgər doğrudursa, Xətai rayonunda yerləşən 263 nömrəli orta məktəbin direktoru Nürqələm Bayramova və 7 yaşlı oğlan uşağını zorlayan şagirdlər, valideynləriylə bir yerdə həbs olunmalıdırlar! Bu adamlara ağır cəza verilməyincə, belə xəbərlərdən boluq”!Daxili İşlər Nazirliyinin yayılan məlumatları yalanlamasından sonra M.Arif belə bir status paylaşıb: “Çıxasan ən ucqar bir nöqtəyə, bütün sinəyə nəfəs yığıb, ürəkdən tüpürəsən hər şeyə! Sonra da güzgüləri sındırıb atasan ki, öz üzünü görməyəsən! Dünyanın harasını qurtarasan, zibilxanadır başdan başa. Qanadlarında gizlədə bildiklərini qoruyasan yalnız... Bəs edər. Qoruna bilməyənlər də, bata, elə qurtula! Daha nə deyim?”Zülfiyyə QurbanovaBAKU.WS
Oxşar xəbərlər
DİN: Bakıda məktəblinin zorakılığa məruz qalması barədə məlumatlar yalandır
Daxili İşlər Nazirliyi Bakıda məktəblinin zorakılığa məruz qalması barədə yayılan məlumatlara münasibət bildirib.Nazirliyin mətbuat xidmətinin rəis müavini Orxa...