Müğənni Güllünün qatili olduğu deyilən qızı: "Qatil olsaydım məni buraxardılar?"

Müğənni Güllünün qatili olduğu deyilən qızı: Qatil olsaydım məni buraxardılar?
Foto
Şou-biznes 1192

Mərhum müğənni Güllünün ölümü ilə bağlı yayılan iddialar səngimək bilmir.

BAKU.WS xəbər verir ki, bu dəfə sənətçinin qızı Tuyan Ülkem anasının qatili olduğu iddialarını təkzib edib.

Ülkem bildirib ki, o prokurorluğa gedərək iki saat yarım ifadə verib. Əgər anasını öldürsəydi onu həbs edərdilər.

"Bu iddiaların mənim haqqımda səsləndirildiyinə inana bilmirəm. Mən prokurora iki saat yarım ifadə verdim. Əgər bu doğru olsaydı, məni sərbəst buraxardılarmı?"

Qeyd edək ki, Tuyan Ülkem haqqında belə iddiaları Güllünün keçmiş müdiri Ferdi Aydın yayıb.

O Tuyanın bu qətli altı ay əvvəldən planlaşdırıldığını iddia etmişdi. Bu səbədən də Tuyan Ülkem iddialara tez bir zamanda cavab vermək məcburiyyətində qaldı.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Əbdül Xalid: "İldə 45 günümüz bilmədən ömrümüzdən gedir"

Əbdül Xalid: "İldə 45 günümüz bilmədən ömrümüzdən gedir"

Müğənni Əbdül Xalid sosial şəbəkədə gün ərzində 4-5 saat tıxacda qaldığını açıqlayıb. BAKU.WS xəbər verir ki, ifaçı saatlarla yollarda vaxt keçirməyin insan ömr...

103 Şou-biznes 08:15 11 noyabr 2026

Son xəbərlər