Müğənni Güllünün ölümü ilə bağlı ekspertiza rəyi açıqlandı

Müğənni Güllünün ölümü ilə bağlı ekspertiza rəyi açıqlandı
Şou-biznes 139

Müğənni Güllünün ölümü ilə bağlı aparılan istintaqda yeni detallar üzə çıxıb. Yalova Cumhuriyyət Baş Prokurorluğu tərəfindən hazırlanan ekspertiza rəyi hadisənin adi yıxılma nəticəsində baş vermədiyini, xarici müdaxilə ehtimalının yüksək olduğunu göstərib.

BAKU.WS xəbər verir ki, hadisə sentyabrın 26-da Yalovanın Çınarcık mahalında baş verib. Səhnə adı "Güllü" olan müğənni Gül Tut yaşadığı binanın 6-cı mərtəbəsindəki evinin pəncərəsindən düşərək həyatını itirib.

İstintaq zamanı əldə edilən səs yazılarının təhlili də cinayət ehtimalını gücləndirib. Qeyd olunub ki, müğənninin qızı Tuğyan Ülkem Gülter hadisə zamanı anasına təzyiq göstərib və onu pəncərədən itələdiyini ifadə edən cümlələr səsləndirib. Səs yazısında mübahisə və hədələmə xarakterli dialoqların olduğu bildirilib.

Ekspertiza rəyində fizika mühəndisləri, kriminalistlər və 3D modelleme mütəxəssislərinin apardığı texniki təhlillər nəticəsində düşmə bucağı, sürət və bədənin aldığı zərbələrin sürüşmə və ya büdrəmə ilə uyğun gəlmədiyi, hadisənin xarici güc tətbiqi nəticəsində baş verməsinin daha ehtimal olduğu vurğulanıb.

Hadisə ilə bağlı saxlanılanların sayı 5 nəfərə çatıb. Qızı Tuğyan Ülkem Gülter və onun yaxın dostu Sultan Nur Ulu ilə yanaşı, Sultan Nur Ulunun atası Arif Ulu da polis tərəfindən tutulub.

İstintaq davam edir.

Son xəbərlər