Müğənni Güllünü öldürən qızı həm də onu nəvəsi ilə təhdid edib

Müğənni Güllünü öldürən qızı həm də onu nəvəsi ilə təhdid edib
Şou-biznes 347

Qızı tərəfindən həyatına son qoyulan müğənni Güllünün ölümü mediada gündəm olmağa davam edir.

BAKU.WS xəbər verir ki, bu dəfə "Gel Konuşalım" proqramında Güllünün şübhəli ölümü yenidən müzakirə olunub.

Aparıcı Ece Erken hadisə ilə bağlı ortaya çıxan yeni detalları tamaşaçılarla bölüşüb.

O, Güllünün yaxın dostu Özlem Karanın sənətçinin həbs olunan qızı Tuğyan Ülkem Gülter haqqında səsləndirdiyi, böyük səs-küy yaradacaq iddiaları canlı yayımda oxuyub.

Özlem Kara, Güllünün qızı Tuğyanın narkotik maddələrdən istifadə etdiyini deyib. O ona pul vermədiyi təqdirdə anasını nəvəsi Kareni orqan mafiyasına satmaqla təhdid edib. "Uşaq mənimdir. Özüm bilərəm" deyə Tüğyan bildirib.

Sözlərinin davamında Kara iddia edib ki, Güllü qızından qorxurmuş, oğlundan da çəkinirmiş. O həmçinin Güllünün uşaqlarını mirasdan məhrum etmək istədiyini söyləyib.

Aparıcı Ece Erken isə: "Deyilənə görə Güllü, nəvəsini qorumaq üçün evə kamera da quraşdırdırmışdı," deyə bildirib.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Əbdül Xalid: "İldə 45 günümüz bilmədən ömrümüzdən gedir"

Əbdül Xalid: "İldə 45 günümüz bilmədən ömrümüzdən gedir"

Müğənni Əbdül Xalid sosial şəbəkədə gün ərzində 4-5 saat tıxacda qaldığını açıqlayıb. BAKU.WS xəbər verir ki, ifaçı saatlarla yollarda vaxt keçirməyin insan ömr...

103 Şou-biznes 08:15 11 noyabr 2026

Son xəbərlər