Əməkdar artist oğlunu evləndirir - Toy günü bəlli oldu
13
iyn
2018
09:21
Əməkdar artist, tanınmış aktyor Novruz Qartal oğlunu evləndirir. Aktyor iyunun 19-da paytaxt restoranlarından birində toy edəcək.BAKU.WS yenicag.az-a istinadən xəbər verir ki, aktyor sevincini belə bölüşüb:“Oğlum qızı özü görüb, özü sevib. Mən onun seçiminə qarışmadım. Çünki indiki cavanların işinə qarışmaq olmur. Bir problem çıxanda da, günahı özlərində axtarmırlar, deyirlər sən elədin. Oğlum da deyəndə ki, evlənmək istəyirəm, dedim kimin qızını istəyirsən, elçi gedim. Getdim və gördüm ki, oğlum seçimində yanılmayıb. Gəlinim yaxşı ailədəndir, tərbiyəli qızdır. Şadlıq evini də özləri seçib, qonaqları da özləri müəyyənləşdirib”.Qeyd edək ki, aktyorun üç övladı, iki nəvəsi var.BAKU.WS
Oxşar xəbərlər
Əməkdar artist: Qadınlar xanımıma zəng edib deyirdilər ki, ərin yanımdadı
Əməkdar artist, tanınmış aktyor Çingiz Əhmədov şəxsi həyatından danışıb.BAKU.WS yenicag.az-a açıqlama verən aktyor həyat yoldaşı ilə bağlı maraqlı etiraflar edi...