Mətanət İsgəndərli "Bizimləsən"ə çıxan qadına hər ay 130 manat pul verəcək - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Əməkdar artist Mətanət İsgəndərli xeyirxah addım atıb.
BAKU.WS xəbər verir ki, sənətçi "Bizimləsən" verilişinə gəlib yardım istəyən Mədinə adlı xanıma hər ay 130 AZN pul verəcəyini bildirib.
Onun bu addımı zaldakı tamaşaçılar, o cümlədən proqramın aparıcısı Zaur Baxşəliyev tərəfindən rəğbətlə qarşılanıb.
Qeyd edək ki, Mədinənin atası ilə anası onu kiçik yaşlarında uşaq evinə atıblar. O, 11 yaşında təcavüzə məruz qalıb. Nəticədə hamilə qalan Mədinə 11 yaşında uşaq dünyaya gətirib.
Daha sonra qadın alverinin qurbanı olub, aldadılaraq Türkiyəyə aparılıb, həyatda daha ağır və çətin günlər yaşayıb. Buna baxmayaraq o, övladlarını atmayıb.
Ətraflı videoda:
Oxşar xəbərlər
İlham Əliyev Rusiyanın aparıcı KİV rəhbərləri ilə görüşüb - YENİLƏNİB - VİDEO
Xəbər verildiyi kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasına rəsmi səfəri çərçivəsində fevralın 23-də TASS agentliyində bu ölk...