Mətanət Əsədova: “Dəfələrlə özümü öldürmək istəmişəm”

Müğənni Mətanət Əsədova səhhəti ilə bağlı yaşadığı problemlərdən danışıb.
BAKU.WS xəbər verir ki, “Zaurla Günaydın” verilişinə qatılan ifaçı səsində yaranan problemlərə görə uzun müddət özünə qapandığını və bir neçə dəfə özünü öldürmək istədiyini deyib:
“Səsim üçün ağlayıram. Bu səsdən yenə olsa, göz yaşı tökmərəm. Amma təkrar gəlməyəcək. Bir ildir ki, əzab çəkirəm.
Hər xanım xoşbəxt olmaq istəyər. Allahdan onu diləmirəm. Deyirəm, canımı al, lakin səsimə dəymə. Uzun müddətdir, sanki ölmüşəm.
Hətta demək istədiklərimi də yazırdım, səsim çıxmırdı. Zəng edənlərlə danışmırdım, kimsəni görmürdüm. Söyləyirdim ki, mənə dua edin.
Dəfələrlə özümü öldürmək istəmişəm. Çoxmərtəbəli binadan özümü atmağı planlamışam”.
Oxşar xəbərlər
“Bəlaların səbəbi qadının qadınla, kişinin kişiylə yatmasıdır” – Akif İslamzadə ilə MÜSAHİBƏ
BAKU.WS məşhur müğənni Akif İslamzadənin Kulis.az-a müsahibəsini təqdim edir: - Akif müəllim, karantin günlərini necə keçirirsiniz? - Hamı necə mən də elə. Özüm...
