Məşhur reper verlişdə it kimi hürüb
Yeniliklərdən dərhal xəbərdar olun
Kanadalı məşhur repçi Dreyk iştirak etdiyi tanışlıq proqramında sərgilədiyi qeyri-adi davranışlarla diqqət çəkib.
BAKU.WS xəbər verir ki, "20 qadına qarşı 1 kişi" adlı verilişdə 20 qadınla tanış olan sənətçi ABŞ-li yayımçı Lin Lamarı ilk görüşdən bəyəndiyini bildirib.
Söhbət zamanı Lamar Dreykin onun üçün hürməsini istəyib. Repçi isə bu xahişi yerinə yetirərək canlı yayımda bir neçə dəfə it kimi hürüb. Lamar da ona zarafatla "Afərin, yaxşı oğlan" deyib.
Veriliş zamanı Dreyk Lamar üçün istənilən şeyi ala biləcəyini də bildirib. Qadın isə anası üçün ev alınmasını istəyib.
Repçi onun anasına təxminən 400 min dollar dəyərində ev almağa söz verib.
Oxşar xəbərlər
Natiq Şirinovun üçüncü nəvəsi oldu
Xalq artisti Natiq Şirinovun üçüncü nəvəsi dünyaya gəlib. BAKU.WS "axşam.az"a istinadən xəbər verir ki, nağara ifaçısının qızı Sevilin oğlu doğulub. Körpəyə Sai...