Məşhur cütlüklərin qəribə ayrılıq səbəbləri - SİYAHI
Məşhurların həyatı hər zaman diqqət mərkəzində olsa da, onların münasibətlərinin görünməyən tərəfində yaşananlar daha təəccüblü olur. İllərlə ideal sevgili nümunəsi kimi göstərilən bu cütlüklərin ayrılıq səbəbləri çox vaxt ictimaiyyətə açıqlanmır. Bəzən kiçik bir anlaşılmazlıq, bəzən də xoşagəlməyən, qeyri-adi bir vərdiş və ya davranış böyük sevgi hekayəsinin sonunu gətirir.
Bu dəfə BAKU.WS saytı türkiyəli məşhur cütlüklərin qəribə ayrılıq səbəblərini oxuculara təqdim edir:
Bəstəkar və pianoçu Fazıl Say ilə aktrisa Hande Ataizi
Fazıl Say Hande Ataizinin televiziya və mediaya çox bağlı insan olduğunu əsas gətirərək ondan ayrılıb.
Aktrisa Pelin Karahan ilə aktyor İbrahim Kendirci
Cütlük "Həyəcanımızı itirdik" deyərək münasibətlərini bitirdiklərini açıqlamışdı.
Müğənni Tuğba Özerk ilə menecer Altan Nuh
Tuğba həyat yoldaşının ondan pul saxladığını öyrəndikdən sonra ondan ayrılıb.
Aparıcı Ece Erken ilə şair Serkan Uçar
Ece Erkenin tez-tez həyat yoldaşına "Sən yeniyetməsən" deməsi cütlüyün yollarını həmişəlik ayırıb.
Aktyor Kıvanç Tatlıtuğ ilə model və aktrisa Azra Akın
Məşhurların bir-birinə kifayət qədər vaxt ayırmaması onların ayrılığına səbəb olub.
Müğənni Mustafa Ceceli ilə dizyner Sinem Ceceli
Onlar "Bir-birimizin tərzini bəyənmədik" - deyərək boşanıblar.
Oxşar xəbərlər
Hasan Can Kaya nişanlısına 100 000 dollarlıq saat aldı
Bir neçə gün əvvəl nişanlanan Hasan Can Kayadan xəbər var. BAKU.WS xəbər verir ki, onun nişanlısı Duyqu Karabaşa bahalı saat aldığı açıqlanıb. Məlumata əsasən,...