Məşhur aktyorun vida mərasimində qızının göz yaşları sel oldu
İki gün əvvəl vəfat edən mərhum aktyor Ali Tutalın yas mərasimi keçirilir.
BAKU.WS xəbər verir ki, məclisdə aktyorun ailə üzvləri, yaxınları və dostları iştirak edirlər.
Mərhumun qızı Duçem ondan danışarkən göz yaşlarını saxlaya bilməyib. Onun bu təsirli görüntüləri mərasimdə iştirak edənlər tərəfindən lentə alınaraq sosial şəbəkələrdə paylaşılıb.
Mərhumu yad edənlər arasında bəzi tanınmışlar da var. Onlardan biri Tutalın həmkarı Nuri Alço olub.
Xatırladaq ki, beyininə qan sızdıqdan sonra xəstəxanaya yerləşdirilən 76 yaşlı aktyor həkimlərin bütün səylərə baxmayaraq, dünyasını dəyişib.
O indiyə ədər 60-dan çox filmdə və serialda rol alıb. Onlar arasında xüsusilə "Günəşi gördüm", "Geniş ailə", "Bərəkətli torpaqlar üzərində" və "Hökumət qadın"ı göstərmək olar.
Oxşar xəbərlər
Burak Özçvitdən 150 milyonluq investisiya - Binadan 30 mənzil aldı
Aktyor Burak Özçvit mülkünə mülk qatmağa davam edir. BAKU.WS xəbər verir ki, o bu dəfə Eyüpsultanda 150 milyon lirəlik (təxminən 5 milyon 820 min AZN) əmlak al...