Məşhur aktyor bu yolla 45 kiloqram arıqlayıb
09
fev
2025
15:20
Türkiyəli aktyor Halil Ergün 45 kilo arıqlamasının sirrini açıqlayıb.
BAKU.WS "axşam.az"a istinadən xəbər verir ki, aktyor buna pəhrizin köməyi ilə nail olduğunu bildirib:
"Səhər bir qaba 4-5 qaşıq qatıq qoyub kivi və ya avokado doğrayıram. Bir qaşıq yulaf əzməsi və bir çay qaşığı bala darçın, qara zirə, kətan toxumu əlavə edib qarışdırıram. Hər gün mütləq bir yumurta yeyirəm. Ümumiyyətlə çörək yemirəm. Axşamlar lobya, mərcimək kimi paxlalılar yeyirəm. Bu qidalar məni kökəltmir. Üstəlik, ət və ya toyuq da əlavə edə bilərsiniz".
Oxşar xəbərlər
Leyla Rəhimova "Dostlar əhatəsində" konsert verdi
Müğənni Leyla Rəhimova ölkənin əsas səhnəsi olan Heydər Əliyev Sarayında "Dostlar əhatəsində" adlı konsert proqramı ilə çıxış edib. BAKU.WS xəbər verir ki, mus...