Məşhur aktrisa yeni serialda iki rolu birdən canlandıracaq

Məşhur aktrisa yeni serialda iki rolu birdən canlandıracaq
Foto
Şou-biznes 90

Tanınmış aktrisa Hazal Filiz Küçükkösedən xəbər var.

BAKU.WS xəbər veürir ki, o, yeni serialı olan "Ateş Denizi"ndə iki fərqli obrazı canlandıracaq.

Aktrisa həm mükafatlı yazıçı Neva, həm də onun keçmişlə bu gün arasında körpü rolunu oynayan qohumu Devran obrazında tamaşaçı qarşısına çıxacaq.

Məşhur aktrisa yeni serialda iki rolu birdən canlandıracaq

Layihədə Hazal Filiz Küçükköse ilə yanaşı, dünya şöhrətli pianoçu Nezih Çiftekaya rolunda Erdem Kaynarca çıxış edəcək. Serialın aktyor heyətində həmçinin tanınmış aktrisa İpek Tuzcuoğlu da yer alır.

Hazırda "TRT"nin rəqəmsal platforması olan tabii üçün hazırlanan ekran işinin çəkilişlərinə start verilib.

Eyni adlı roman əsasında ekranlaşdırılan layihənin prodüseri Özhan Erendir.

Serialın çəkilişləri İstanbulun məşhur Beykoz Kundura ərazisində və onun ətrafında aparılacaq. Layihənin təxminən altı həftə ərzində tamamlanması planlaşdırılır.

1930-cu illərlə müasir dövr arasında cərəyan edən hadisələri əhatə edən ekran əsərinin ssenarisi Feyza Rümeysa Küçükkürtül tərəfindən qələmə alınıb.

Məşhur aktrisa yeni serialda iki rolu birdən canlandıracaq

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər