Məşhurların geyimlərinin qiymətləri: 69 AZN-dən 10 000 AZN-dək - FOTO
Şou-biznes xanımları hər nə qədər maraqlı layihələri və ifaları ilə gündəmə gəlsələr də, onların geyimləri də ən az təqdimatları qədər müzakirə obyektinə çevrilir. Məşhurların libaslarının qiyməti isə hər zaman hər kəs üçün maraq dairəsindədir.
BAKU.WS xəbər verir ki, “Mtv” kanalı məşhur xanımların libaslarının qiymətini araşdırıb.
Şou-biznes nümayəndələri arasında bahalı libasları ilə ən çox diqqət çəkən Xalq artisti Aygün Kazımovadır. Pop-divanın Bodrumda istirahətdə olarkən geyindiyi geyiminin ümumi dəyəri 10 119 AZN-dir.
Ailə həyatı qurduqdan sonra sənətdən uzaqlaşan və yenidən qayıdan Safura Əlizadə gənc müğənnilərin örnək aldığı simalardandır. Son zamanlar blogerliklə də məşğul olan müğənni sadəcə eynəyinə və çantasına 1 292 AZN pul xərcləyib.
Oxşar xəbərlər
Azərbaycanlı müğənnilərin yeni toy qiymətləri - SİYAHI
Müğənnilərin toy qiymətləri hər zaman insanlara maraqlı olub. Bu mövzu bu günə qədər aktuallığını qoruyub saxlaya bilir. Hazırda hamını karantindən sonra müğənn...