Məşhur model xərçəngdən əziyyət çəkir
Yeniliklərdən dərhal xəbərdar olun
İtalyanəsilli kanadalı supermodel Linda Yevanqelista süd vəzi xərçəngindən əziyyət çəkdiyini açıqlayıb.
BAKU.WS xəbər verir ki, o bu barədə "The Wall Street Journal"a müsahibəsində danışıb.
58 yaşlı Yevanqelistada xərçəng ilk dəfə 2018-ci ilin dekabrında aşkarlanıb.
Modelin sözlərinə görə, ona ikiqat mastektomiya edilib.
Ötən ilin iyulunda onda yenidən döş vəzi şişi aşkarlanıb.
"Həkimə dedim ki, bütün şişi kəsib götürün. Mən bunun gözəl görünməsini istəmirəm. İstəyirəm ki, hamısını kəsəsiniz. Siz bitirəndə döşümdə dəliyi görmək istəyirəm", - Linda deyib.
Məlumata görə, bir il əvvəl Linda yaşa bağlı dəyişikliklərdən kədərləndiyini bildirərək "Mən həmişə qocalacağımı bilirdim. Və bilirəm ki, bədənin keçirəcəyi şeylər var. Ancaq belə görünəcəyimi düşünmürdüm" demişdi.
Oxşar xəbərlər
Məşhurların hamıdan gizlətdiyi XƏSTƏLİKLƏRİ - FOTO/SİYAHI
Dünya musiqi aləmində bir çox məşhur var ki, onlar illərdir müəyyən xəstəliklərlə mübarizə aparırlar. Onlardan bəziləri bu barədə məlumatları gizlətməyə çalışsa...