“Hər model fahişə deyil” - 22 yaşlı Sevinc Türkmən (MÜSAHİBƏ + FOTOLAR)

“Hər model fahişə deyil” - 22 yaşlı Sevinc Türkmən (MÜSAHİBƏ + FOTOLAR)
Şou-biznes 30732
BAKU.WS-in budəfəki müsahibi keçmiş model, 22 yaşlı biznes-ledi Sevinc Türkməndir. - Özünüzü oxucularımıza təqdim edin... - Türkmənova Sevinc. 1996-cı ildə Türkmənistanda anadan olmuşam. Babamın babasının adı Türkmən olub. O, dünyasını dəyişəndən sonra adını soyad kimi götürmüşük.- Boyunuz, çəkiniz...- Boyum 1.65 santimetr, çəkim isə 53 kiloqramdır.
- Neçənci ildə Bakıya gəlmisiniz, hansı səbəbdən?- Anam azərbaycanlıdır və orada çox yaşaya bilmədiyinə görə buraya gəldik.- Model sənətinə necə başladınız?- 3 il bundan əvvəl həvəsim yarandı və model sənətinə gəldim. Hazırda model kimi fəaliyyət göstərmirəm. Biznes-ledy olmuşam və şəxsi model yarışmam var.
- Valideynlərinizin reaksiyası necə oldu?- 3 il bundan əvvəl narazı idilər, amma get-gedə öyrəşdilər.- Model sənətinə psixoloji baxımdan tab gətirmək çətin deyilmi?- Dəhşətli dərəcədə çox çətindir.
- 90-60-90 hələ də dəbdədir?- Məncə, yox, dəbdə deyil. Ümumiyyətlə, Azərbaycanda arıq, incə-mincə qızlara nə dəyər verirlər, nə də model kimi baxırlar. Kim toppuşdursa, o model sayılır. Əslində, “Venera” model agentliyinin elə modelləri var ki, gözəl bədən quruluşuna malikdirlər, sadəcə olaraq, onlara dəyər verən yoxdur. - “Miss Queen 2018” müsabiqəsinin layihə rəhbərisiniz. Necə oldu ki, bu layihəni ərsəyə gətirdiniz? - Mənə elə gəldi ki, gözəllik müsabiqəsi keçirməliyəm. Gəncləri, model qızları irəliyə aparmağı özümə borc billirəm.- “Bir axşam” verilişində hansısa tamaşaçını açdığınız qutu ilə sevindirə bilmisiniz? - İki dəfə olub. Tək mənim yox, başqa qızların da açdığı qutular tamaşaçıları sevindirirdi.
- Verilişində ən yaddaqalan hadisə nə olub? - Verilişdə aparıcıdan küsmüşdüm.- Başqa hansı istedadınız var? - Rəsm çəkə bilirəm, aktrisalığı bacarıram.- Özünüzü aktrisa, aparıcı kimi sınamaq istərdiniz? - Əlbəttə, çox istəyirəm və bunun üzərində çalışıram. İnşallah gələcəkdə böyük layihələr olacaq.
- Pəhrizə əməl edirsiniz? Hansı təamlara üstünlük verirsiniz?- Xeyr, pəhriz saxlamağıma ehtiyac yoxdur. Çəkim azdır. Acı olmayan, duzsuz, yağsız yeməkləri çox sevirəm.- Şəxsi həyata vaxt qalırmı?- Qalır, şəxsi həyatıma çox vaxt ayırıram.- Sözsüz ki, sizin kimi gözəl, baxımlı xanımın çoxlu pərəstişkarları var. Tez-tezmi sevgi təklifləri alırsınız? - Hal-hazırda 2 illik münasibətdə olduğum insan var.
- Azərbaycanda modellər tanınmaq üçün soyunur. Belə bir işə imza atarsınız?- Ümumiyyətlə, bu fikir mənə çatmır. Modelsənsə, soyuna bilərsən, normal bir şeydir və buna hər kəs yaxşı baxmalıdır. Əgər gözəl, qüsursuz bədənin varsa, niyə də bunu göstərməyəsən. Pis baxmaq lazım deyil.- Bizdə əxlaq anlayışı daha çox geyimlə ölçülür, Avropada isə daha başqa dəyərlərə söykənir. Sevinc Türkmən üçün əxlaq anlayışı nədir?- Əxlaq anlayışı, məncə, ilk növbədə insan olmaqdır, başqa heç nə. İnsan olub sadəcə öz həyatınla maraqlanmaqdır.
- “Instagram” fotolarınıza baxanda gördüm ki, cəsarətli geyimlərinizlə seçilirsiniz. Heç şərh bölməsini də bağlamamısınız. Neqativ şərhlərə münasibətiniz necədir?- Ümumiyyətlə, mənim şəkillərimə neqativ şərhlər gəlmir. Bir-iki dənə gələndə də silirəm. Heç vaxt məni təhqir etməyiblər.- Bir az etikadan kənar səslənsə də, deyirlər ki, Azərbaycanda modellər pul qarşılığında kimlərləsə görüşürlər. Onlara münasibətiniz necədir?- Bu fikirlə razı deyiləm. Hər model fahişə deyil.
- Azərbaycanda model olmağın çətinlikləri nələrdir?- Ümumiyyətlə, Azərbaycanda nəyəsə sahib olmaq istəyirsənsə, bu çox çətindir. Bunu əminliklə deyirəm. Bir çox yollardan keçməlisən.- Gələcək planlarınız…- İnşallah müəllifi olduğum layihəni daha da genişləndirmək və böyük işlər görmək istəyirəm.Hüseyn MəmmədsalahovBAKU.WS

Oxşar xəbərlər

Bakirəliyini satışa çıxaran Məhbubə danışdı: “Şokdayam"

Bakirəliyini satışa çıxaran Məhbubə danışdı: “Şokdayam"

Xəbər verdiyimiz kimi, azərbaycanlı model Məhbubə Məmmədzadə dünyaca məşhur saytda bakirəliyini satışa çıxardığını elan edib.BAKU.WS xəbər verir ki, minval.İnfo...

34809 Şou-biznes 16:10 23 avqust 2018

Son xəbərlər