"Sumqayıt" qarşıdakı iki ev oyununu "SOCAR Polymer Arena"da keçirəcək

Sumqayıt qarşıdakı iki ev oyununu SOCAR Polymer Arenada keçirəcək
İdman 290

"Sumqayıt" komandası Misli Premyer Liqasında növbəti iki ev matçını "SOCAR Polymer Arena"da keçirəcək.

Bu barədə BAKU.WS-ə Peşəkar Futbol Liqasının mətbuat xidmətindən bildirilib.

Qərar Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunun ot örtüyündə aparılan renovasiya işləri ilə əlaqədar qəbul edilib.

Çempionatın X turunun "Sumqayıt" - "Şəfa" görüşündən əvvəl stadiona baxış keçiriləcək və arenanın statusu ilə bağlı növbəti qərar veriləcək.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər