Məryəm Üzərli 11 ildən sonra ekranlara məşuqə obrazı ilə qayıdır

İzlənmə rekordları qıran "Möhtəşəm Yüzil" serialında canlandırdığı Hürrəm Sultan obrazı ilə yadda qalan Məryəm Üzərli uzun fasilədən sonra "Şakir Paşa Ailəsi: Möcüzələr və Qalmaqallar" serialı ilə ekranlara geri dönüb.
BAKU.WS türk mediasına istinadən xəbər verir ki, mövsümün ən iddialı layihələrindən biri hesab edilən bu serialın heyətində Vahide Perçin, Fırat Tanış, Dəvrim Yakut və Cem Yiğit Üzümoğlu kimi tanınmış simalar yer alır. "Şakir Paşa Ailəsi: Möcüzələr və Qalmaqallar" serialı üçün geri sayım artıq başlayıb.
Serialın tanıtımında göründüyü andan Üzərli tamaşaçıları təəccübləndirib. Məşuqə obrazını canlandıracaq aktrisa sosial mediada şərh yağışına tutulub.

Oxşar xəbərlər
Ayan Babakişiyevadan FƏRQLİ FOTOSESSİYA
Müğənni Ayan Babakişiyeva yeni fotosessiyası ilə diqqət çəkib. BAKU.WS xəbər verir ki, sənətçi kamera qarşısına keçərək müxtəlif fotolar çəkdirib. Ayan fərql...