Məlahət Abbasova: "Məni ən çox tənqid edən azərbaycanlılardır!"
Yeniliklərdən dərhal xəbərdar olun
Aktrisa Məlahət Abbasova çəkildiyi "Esaret" serialındakı roluna görə onu ən çox azərbaycanlıların tənqid etdiyini bildirib.
BAKU.WS xəbər verir ki, sənətçi bu barədə "Xəbərin var?" verilişinə qonaq olarkən danışıb.
Abbasova qeyd edib ki, bu xoşagəlməz hal serialın çəkiliş heyətini də narahat edib. O bildirib ki, bəzən tənqid yox hətta təhqirə də keçirlər.
Abbasova 20 il əvvəl rol aldığı "Bin bir gece" serialında xadimə rolunu canlandırıb. O bəzi izləyicilərin ona bu roluna görə təhqir edib, söyüş söydüyünü vurğulayıb.
Qeyd edək ki, aktrisalıqla yanaışı teatrda rejissorluq da edən M.Abbasova qardaş ölkədə daha əvvəl "Süreyya", "Yalan", "Brindar", "Yaralı", "Konak", "Hacı", "Super baba", "Çiçek taksi", "Ayrı dünyalar", "Asla unutma", "Bin bir gece", "Emanet", "Sevda kuşun qanadında" kimi layihələrdə də rol alıb.
Oxşar xəbərlər
61 yaşlı aktyorun 40 yaşlı həmkarı ilə çəkildiyi serial BU TARİXDƏ BAŞLAYIR
Türkiyədə qalmaqala səbəb olan "Hamal" serialının yayım tarixi açıqlanıb. BAKU.WS xəbər verir ki, ekran işi 15 dekabrdan etibarən tamaşaçılara təqdim olunacaq....